Papa Tiavın rəhbərlik etdiyi komandanın heyətinə 26 futbolçu daxil edilib.

Seneqal Futbol Federasiyası milli komandanın dünya çempionatı üçün heyətini açıqlayıb.

Matc.az xəbər verir ki, ​Papa Tiavın rəhbərlik etdiyi komandanın heyətinə 26 futbolçu daxil edilib:

Qapıçılar: Eduar Mendi ("Əl-Əhli"), Mori Diav ("Havr"), Yevann Diuf ("Nitsa").

​Müdafiəçilər: Xalidu Kulibali ("Əl-Hilal"), Krepen Diatta ("Monako"), Mussa Niakate ("Lion"), İsmayıl Yakobs ("Qalatasaray"), Abdulaye Sek ("Makkabi Hayfa"), El Hacı Malik Diuf ("Vest Hem"), Antuan Mendi ("Nitsa"), Mamadu Sarr ("Çelsi").

​Yarımmüdafiəçilər: İdrissa Qeye ("Everton"), Pap Qeye ("Vilyarreal"), Pap Matar Sarr ("Tottenhem"), Pate Siss ("Rayo Valyekano"), Lamin Kamara ("Monako"), Habib Diarra ("Sanderlend"), Bara Sapoko Ndiaye ("Bavariya").

​Hücumçular: Sadio Mane ("Əl-Nəsr"), İsmayla Sarr ("Kristal Pelas"), İliman Ndiaye ("Everton"), Nikolas Cekson ("Bavariya"), Bamba Dyen ("Loryan"), Şerif Ndiaye ("Samsunspor"), İbrahim Mbaye (PSJ), Assan Diao ("Komo").

​Xatırladaq ki, Seneqal millisi DÇ-2026-nın final mərhələsinin I qrupunda Fransa, Norveç və İraq yığmaları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest