Braziliya yığmasının sağ cinah müdafiəçisi Uesli Fransa aldığı ciddi zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxmaq məcburiyyətində qalıb.
Matc.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti rəsmi məlumat yayıb.
"Roma" klubunda forma geyinən gənc müdafiəçi Misir millisinə qarşı keçirilən yoldaşlıq görüşündə (2:1) zədələnib. Aparılan tibbi müayinə zamanı futbolçunun sol bud əzələsində yırtıq aşkarlanıb.
Turnirin startına sayılı günlər qalmış sıradan çıxan müdafiəçinin yerinə heyətə İtaliyanın "Atalanta" klubunun yarımmüdafiəçisi Ederson cəlb edilib. Ederson geridə qalan mövsümdə klubu ilə bütün turnirlərdə 41 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, DÇ-2026-da Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.













