17 İyun 2026, 16:21
FUTBOL
"Sabah" komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələ biləcəyi komandalar artıq məlumdur.
Matc.az xəbər verir ki, püşk atıldıqdan sonra Azərbaycan təmsilçisinin turnirdəki taleyi böyük ölçüdə dəqiqləşib.
Əgər paytaxt klubu UEFA Çempionlar Liqasının ilk mərhələsində Uels təmsilçisi TNS səddini keçə bilməsə, yoluna bu turnirdə davam edəcək və "Flora" (Tallin, Estoniya) – "İberiya" (Gürcüstan) cütlüyünün məğlub tərəfi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasının yeni mövsümünün II təsnifat mərhələsi çərçivəsindəki qarşılaşmalar iyulun 23-də və 30-da baş tutacaq.













