"İnter Mayami" və Argentina milli komandasının lideri Lionel Messi bir çox cəhətdən əfsanəvi ispan tennisçisi Rafael Nadala bənzədiyini etiraf edib.

Matc.az xəbər verir ki, 38 yaşlı argentinalı hücumçu bu barədə belə danışıb:

"Hazırda Rafa Nadal haqqında sənədli filmə baxıram və indi onunla çox oxşaram. Biz çox oxşarıq".

Xatırladaq ki, Argentina dünya çempionatının ilk turunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edib və Messi bu qarşılaşmada het-trikə imza atıb.

O, dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekordunu təkrarlayıb və turnir tarixinin ən məhsuldar oyunçusu ünvanını almaniyalı əfsanə ilə bölüşür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest