Futbol üzrə Moldova Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan "Speranta" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv aşağı liqadan olan adaşı - Drokiya "Speranta"sı ilə üz-üzə gəlib. İlk oyunda rəqibini 6:1 hesabıyla darmadağın edən elita təmsilçisi bu dəfə də 3 cavabsız qola sevinib və növbəti mərhələyə yüksəlib.
 
Qeyd edək ki, "Neftçi" ilə "Speranta" arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest