Öncə Madaqaskar və Konqo yığmaları qarşılaşıb. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub...

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, üçüncü oyun günündə daha iki görüş baş tutub.
 
öncə Madaqaskar və Konqo yığmaları qarşılaşıb. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madaqaskar millisi tarixində ilk dəfə qatıldığı qitə birinciliyində 1/4 finala vəsiqə qazanıb.
 
Günün digər oyunu Əlcəzair və Qvineya yığmaları arasında baş tutub. Rəqibini darmadağınla məğlub edən əlcəzairlilər də növbəti mərhələyə yüksəliblər.
 
Afrika Millətlər Kuboku
1/8 final
5 iyul
 
Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol: En-Nesiri, 76 – Adilehu, 53.
 
Uqanda – Seneqal 0:1
Qol: Mane, 15.
 
6 iyul
 
Nigeriya – Kamerun 3:2
Qol: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.
 
Misir – CAR 0:1
Qol: Lorç, 85.
 
7 iyul
 
Madaqaskar – Konqo 2:2 (penaltilər 4:1)
Qol: Amada, 9. Andriatsima, 77 – Bakambu, 21. Mbemba, 90.
 
Əlcəzair – Qvineya 3:0
Qol: Belaili, 24. Mahrez, 57. Ounas, 82.
 
8 iyul
 
20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana – Tunis
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest