KONKAKAF Qızıl kuboku yarışında mübarizə yekunlaşıb. Matc.az saytının məlumatına görə, bu gün final qarşılaşması keçirilib.

çikaqoda yerləşən "Soldier Field" stadionunda baş tutan görüşdə ev sahibi ABŞ-la Meksika üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Conatan dos Santosun 73-cü dəqiqədə vurduğu top yeganə olub (1:0) və bu, Meksikaya çempionluq qazandırıb.

Bununla Meksika 11-ci dəfə KONKAKAF-ın qalibi olub. Onu 6 çempionluqla ABŞ izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest