"Reyncers"in baş məşqçisi Stiven Cerrardın İngiltərə Premyer Liqasına qayıtmaq imkanı yaranıb. Matc.az saytının məlumatına görə, "Liverpul"un əfsanəvi futbolçusu "Nyukasl"dan təklif alıb.

Rafael Beniteslə yollarını ayıran "sağsağanlar" baş məşqçi postunda Cerrardı görmək niyyətindədi. Klub prezidenti Mayk Eşliq şəxsən özü bu keçiddə maraqlı olub. Lakin Cerrard Premyer Liqa klubunun təklifini rədd edib.

Qeyd edək ki, Stiven Cerrard ötən ilin aprelindən "Reyncers"i çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest