02 İyul 2026, 13:54
FUTBOL
"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandes Londonun "Tottenhem" klubu ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sövdələşmənin şərtləri rəsmən açıqlanmır.
Ötən 2025/2026 mövsümündə portuqaliyalı yarımmüdafiəçi "Vest Hem"in heyətində bütün turnirlərdə 42 oyun keçirib. Onun aktivində 5 vurulan qol və 5 məhsuldar ötürmə var.
Fernandes Lissabonun "Sportinq" klubunun yetirməsidir. O, Portuqaliya millisinin heyətində 1 oyun keçirib, müxtəlif yaş qrupları üzrə yığma komandalarda isə 41 matçda meydana çıxıb.













