Arne Slot və Erik ten Haq Niderland milli komandasının baş məşqçisi postuna namizədlərin siyahısında yer alıblar.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.

Bildirilir ki, "narıncılar" DÇ-2026-nın 1/16 finalında Mərakeşə uduzaraq (əsas vaxt 1:1, penaltilərlə 2:3) turnirlə vidalaşdıqdan sonra baş məşqçi Ronald Kuman istefa verib və post hazırda vakantdır. Namizədlər siyahısına Premyer Liqanın iki sabiq mütəxəssisi daxil edilib.

Slotun son iş yeri İngiltərənin "Liverpul" klubu olub və rəhbərlik mövsümün nəticələrini qiymətləndirdikdən sonra 47 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. "Mersisaydlılar" çempionatı beşinci sırada tamamlayıb, Çempionlar Liqasının 1/4 finalında isə PSJ-yə iki oyunun nəticəsinə görə 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıblar.

Erik ten Haq isə hazırda Niderlandın "Tvente" klubunda texniki direktor vəzifəsində çalışır. O, Leverkuzen "Bayer"indəki 3 aylıq uğursuz dövrün və istefasının ardından bu vəzifəyə gətirilib. Ten Haq daha əvvəl "Mançester Yunayted" və "Ayaks" klublarının baş məşqçisi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest