Argentina millisi UEFA-nın dəvəti ilə yığma komandaların iştirakı ilə keçirilən turnirlərdən birinə qatıla bilər. Qitə futbol qurumu Cənubi Amerika təmsilçisinə bununla bağlı dəvət gödərib. Qurum bunu təsdiqləsə də, argentinalılarla danışıq olması xəbərini təkzib edib.

Argentina millisi UEFA-nın dəvəti ilə yığma komandaların iştirakı ilə keçirilən turnirlərdən birinə qatıla bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu Cənubi Amerika təmsilçisinə bununla bağlı dəvət gödərib.

Qurum bunu təsdiqləsə də, argentinalılarla danışıq olması xəbərini təkzib edib: "Argentina yığmasının UEFA-nın hər hansı bir turnirində Avropa komandası kimi iştirakı mümkün deyil. Bununla bağlı heç bir danışıq olmayıb. Buna baxmayaraq, UEFA dostluq əlaməti olaraq Argentina yığmasının təşkilatın himayəsi altında hər hansı bir müsabiqənin xüsusi qonağı olması mümkündü".

Qeyd edək ki, Lionel Messi Amerika Kuboku turnirinin təşkilatçılarını və hakimlərini tənqid etdikdən sonra Argentina yığmasının Millətlər Liqasında iştiraka görə, UEFA-dan təklif aldığı bildirilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest