Yurgen Klopp Almaniya milli komandasının yeni baş məşqçisi olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Klopp komandaya rəhbərlik etmək təklifini qəbul edib. Hazırda uzunmüddətli müqavilənin detalları, iş planı və məşqçinin "Red Bull"dan ayrılma şərtləri müzakirə olunur, lakin "Bundestim"lə bağlı prinsipial qərar artıq verilib.
"Red Bull" hazırda qlobal futbol şöbəsinin rəhbəri vəzifəsini tutan Kloppun yerinə namizəd axtarır. Oliver Qlasnerin namizədliyi nəzərdən keçirilsə də, o, növbəti mövsümdə "Nottinqem Forest"də çalışacaq.
Xatırladaq ki, Yurgen Klopp Almaniya yığmasının baş məşqçisi postunda Yulian Naqelsmannı əvəz edəcək. Naqelsmann DÇ-2026 turnirinin 1/16 finalında Paraqvaya penaltilər seriyasında məğlub olduqdan sonra işindən qovulmuşdu.













