Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" ikinci yoxlama oyununa çıxıb.
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb. Paytaxt təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində növbəti sınaq matçında qüvvəsini sınayayıb.
Matc.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gəlib.
Görüş "Sumqayıt"ın baş məşqçisi olmuş Saşa İliçin komandasının minimal hesablı qələbəsi ilə nəticələnib.
Bildirilir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Sloveniyadakı hazırlıq prosesində ümumilikdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Ukraynalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv ilk yoxlama görüşündə Rumıniyanın "ÇFR Kluj" klubuna 1:2 hesabı ilə məğlub olub.
Bakı klubunun bu gün qarşılaşacağı Serbiya təmsilçisi ilə matçdan sonra növbəti rəqibləri isə müvafiq olaraq "Radniçki Niş" və "Osiyek" komandaları olacaq.






_1693395834.png)






