06 İyul 2026, 18:50
FUTBOL
"Sumqayıt" bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.
"Sumqayıt" bu gündən etibarən 2026/27 mövsümünün hazırlıqlarına start verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, iyulun 24-dək məşqlərini "SOCAR Polymer Arena"da keçirəcək Sumqayıt komandası ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsini orada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komanda iyulun 26-da "Kəpəz", 30-da "Şamaxı", avqustun 3-də "İmişli", 7-də isə Qətərin "Əl-Xaraitiyat" kollektivləri ilə qarşılaşacaq













