Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının 1/8 finalında komandasının Misir üzərində qazandığı dramatik qələbədən sonra keçirdiyi gərgin emosional vəziyyət səbəbindən jurnalistin suallarını cavablandıra bilməyib.

Matc.az xəbər verir ki, komandasının 0:2 hesabı ilə geridə olduğu matçda geridönüş edərək qalib gəlməsindən sonra təcrübəli mütəxəssis miks-zonanı göz yaşları içində tərk edib.

Skaloni matçdan sonra duyğularını gizlədə bilməyib: "Sizə baxa bilmirəm, bağışlayın, çox emosionalam. Bu necə bir komandadır, qardaşım, bax elə bu qədər... Getməliyəm, danışa bilmirəm".

Qeyd edək ki, 1/4 finalda Argentina yığması İsveçrə – Kolumbiya cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest