"Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso komandanın düşərgəsinə gəlib və yeni statusunda fotosessiyada iştirak edib.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, ispaniyalı mütəxəssis Kobhemdəki məşq bazasına və öz kabinetinə baxış keçirib, həmçinin heyətlə tanış olub. Klub mövsümöncəsi hazırlığın ilk günündə məşqçinin fotolarını paylaşıb.

Alonso iyulun 1-də rəsmən "Çelsi"nin sükanı arxasına keçib və komandanın 2026-cı ildəki üçüncü məşqçisi olub. 2025/2026 mövsümünün ilk yarısında klubu idarə edən italyan Entso Mareskanın gedişindən sonra bu vəzifəni Liam Rosenyor və Kalum Makfarlayn icra ediblər.

Xabi Alonsonun özü isə ötən mövsümə Madrid "Real"ının baş məşqçisi kimi başlamışdı. İspaniyalı mütəxəssis 2026-cı ilin yanvarında Madrid klubundan ayrılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest