Mərakeş millisinin baş məşqçisi Mohamed Uabi dünya çempionatının 1/4 final mərhələsində Fransa yığmasına qarşı keçirilən oyundakı məğlubiyyəti (0:2) şərh edib.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, baş məşqçi gələcəyə ümidlə baxdıqlarını qeyd edib: "Əgər bu ruhda davam etsək, gələcək parlaq olacaq. Lakin bu o demək deyil ki, biz bu gün qalib gəlmək istəmirdik. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Qalib gəlmək üçün əlimizdən gələni etdik, lakin çox güclü rəqiblə qarşılaşdıq. Bu, sözsüz ki, məyusluqdur, lakin gələcək üçün çalışmağa davam edəcəyik.
Təkcə bir ölkəni təmsil etmədiyimizi bilirik. Biz Mərakeş xalqını, eləcə də Asiya və Afrikayın bir çox ölkələrini təmsil edirik. Çoxları özünü bu komandada görür və biz gələcəkdə titullar qazanmaq üçün işimizi davam etdirəcəyik".













