Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında keçirdiyi oyunların sayına görə tarixi rekordu təkrarlayıb.

Matc.az xəbər verir ki, Fransa yığmasının 2026-cı il dünya çempionatının 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdiyi qarşılaşma təcrübəli mütəxəssis üçün bu turnirlər çərçivəsində 25-ci yubiley oyunu olub.

Bununla da Deşam 1966-1978-ci illərdə AFR (Almaniya Federativ Respublikası) millisinə rəhbərlik etmiş Helmut Şenə məxsus rekordu yeniləyib.

Hazırda fransalı çalışdırıcı mütləq rekordu təkbaşına ələ keçirməyə cəmi bir addım uzaqlıqdadır. Fransa millisi cari turnirin yarımfinal mərhələsində meydana çıxacağı təqdirdə, baş məşqçi dünya çempionatları tarixində ən çox oyuna çıxan mütəxəssis kimi yeni rekorda imza atacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest