10 İyul 2026, 14:30
FUTBOL
27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
"Şəfa" daha bir futbolçu transferini gerçəkləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yarımmüdafiəçi Musa Quelini heyətə cəlb olunub. 27 yaşlı fransalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, M.Queli son olaraq Şimali Makedoniyanın "Tikves" klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə "Samsunspor"un, Fransada isə "Dankerk", "Red Star", "Valansyen" və "Loryan" klublarının formasını geyinib.













