İtaliya millisinin əfsanəvi sabiq qapıçısı Françesko Toldo Milanın mərkəzində cinayətkarı təkbaşına yaxalayıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, Toldo skuterini saxlayarkən bir gəncin velosipedli bir kişinin arxasınca qaçdığını görüb. 55 yaşlı sabiq qolkiper gənclə qısa söhbətdən sonra velosipedin oğurlandığını anlayıb və dərhal cinayətkarın ardınca qaçaraq onu yerə yıxıb.

Nəqliyyat vasitəsi qanuni sahibinə qaytarılıb, hadisə yerinə gələn polis isə oğrunu həbs edib. Hadisəni izləmək üçün ətrafa toplaşan kütlə Toldonu dərhal tanıyıb və əfsanəvi qapıçı ətrafdakılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Toldo daha çox 1993-2001-ci illərdə "Fiorentina" və 2001-2010-cu illərdə "İnter"dəki çıxışları ilə tanınır. İtaliya millisinin heyətində 28 oyun keçirən sabiq qapıçı Avro-2000-in əsas qəhrəmanlarından biri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest