"Şeffild Uensdey"in və Şimali İrlandiya millisinin qapıçısı Pirs Çarlz "Mançester Siti"yə transfer olunub.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. Transfer məbləği rəsmən açıqlanmasa da, mətbuatın yazdığına görə, söhbət bonuslar daxil olmaqla 3 milyon avrodan gedir.
Çarlz növbəti mövsümü icarə əsasında Çempionşip təmsilçisi "Kuins Park Reyncers"də keçirəcək. Gənc qapıçı üçün bu keçid "Mançester Siti" sisteminə geri dönüş mənası daşıyır. O, 2021-ci ilə qədər "şəhərlilər"in akademiyasında məşq edib, daha sonra "Şeffild Uensdey"ə keçib.
Qeyd edək ki, Çarlz Şimali İrlandiya yığmasının heyətində 12 matçda meydana çıxıb.













