10 İyul 2026, 18:02
FUTBOL
"Əl-Nəsr"in sabiq baş məşqçisi Jorje Jezus Portuqaliya milli komandasının sükanı arxasına gətirilib.
Matc.az xəbər verir ki, bu barədə milli komandanın rəsmi sosial şəbəkə hesabı məlumat yayıb.
Rəsmi açıqlamada təcrübəli mütəxəssisin gəlişi xoş arzularla qeyd olunub: "Bu gün yeni bir yol başlayır. Milli komandaya xoş gəlmisiniz, cənab Jorje Jezus".
Portuqaliya millisinə təyinatından əvvəl Jezus bu yay ayrıldığı "Əl-Nəsr" klubunu çalışdırıb. 71 yaşlı mütəxəssisin rəhbərliyi altında Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştiano Ronaldo da çıxış edib. Ötən mövsümün yekunlarına əsasən, onlar Səudiyyə Ərəbistanı çempionu adını qazanıblar.













