"Real"ın baş məşqçisi Joze Mourinyo komandadakı bir sıra futbolçuların gələcək taleyini şəxsən özü müəyyənləşdirəcək.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis oyunçuları transfer bazarına çıxarmağa tələsmir və onların bəzilərinə özlərini göstərmək üçün şans yaratmaq niyyətindədir.

Gələcək taleyi həll olunacaq oyunçuların qısa siyahısına hücumçular Endrik və Qonsalo Qarsiya, həmçinin sağ cinah vingeri Franko Mastantuono daxil edilib. Mourinyo hər bir futbolçu barəsində əsaslandırılmış qərar qəbul etmək üçün onların oyununu şəxsən qiymətləndirməyi planlaşdırır.

Xatırladaq ki, iyunun 11-də "Real" Joze Mourinyonu rəsmən yeni baş məşqçi kimi təqdim edib. O, daha əvvəl 2010-2013-cü illərdə də Madrid klubunda çalışıb və bu müddətdə komanda 3 trofey – İspaniya çempionluğu, Kuboku və Superkubokunu qazanıb.

"Kral klubu"na qayıtmazdan əvvəl isə portuqaliyalı mütəxəssis 2025-2026-cı illərdə Lissabonun "Benfika" komandasına rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest