29 İyul 2026, 18:26
FUTBOL
"Brentford"un 36 yaşlı yarımmüdafiəçisi Cordan Henderson "Çelsi"yə keçir.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, sövdələşmə tamamilə razılaşdırılıb və bu, azad agent statusu ilə transferdir. Yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsi 2 illik nəzərdə tutulub.
Henderson ötən mövsüm "Brentford"un heyətində 34 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Cordan Henderson "Sanderlend"in yetirməsidir. Yarımmüdafiəçi peşəkar səviyyədə 2011-2023-cü illərdə "Liverpul"da çıxış edib və komandanın heyətində bir sıra kuboklar qazanıb. Yarımmüdafiəçinin karyerasında "Koventri Siti", "Əl-İttifaq" və "Ayaks" klubları da var.













