Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunundakı növbəti rəqibi bəlli olub.
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunundakı növbəti rəqibi bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qərb təmsilçisi iyulun 31-də Türkiyənin "Iğdır" klubu ilə qüvvəsini sınayacaq. Qardaş ölkə təmsilçisi ilə keçiriləcək qarşılaşma qonaqların hazırlaşdığı düşərgədə baş tutacaq.
Bu, Kurban Berdiyevin komandasının Türkiyə toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunu olacaq. Tovuzlular qardaş ölkədəki ilk sınaq matçında İranın U-21 yığması ilə qarşılaşıblar. Həmin görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Qərb təmsilçisi ikinci yoxlama oyununda isə Türkiyənin "Fatih Karagümrük" kollektivi ilə üz-üzə gəlib və bu qarşılaşmada da eyni hesabla (1:1) heç-heçə qeydə alınıb.













