Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), FİFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payların satılması planını dəstəkləmək müqabilində üzv ölkələrə təklif etdiyi maliyyə ödənişləri ilə bağlı rəsmi bəyanat yayıb.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
BUEFA bəyanatında bu fikirləri qeyd edib: "Bu gün assosiasiyaların təklifləri dəstəkləməsi üçün FİFA tərəfindən təyin olunmuş son müddət barədə məlumatlar yayılıb. Əks halda, birdəfəlik ödəniş təklifinin geri götürüləcəyi bildirilir ki, bu da planın mahiyyətindən xəbər verir.
Bununla belə, futbol dünyasındakı bir çox maraqlı tərəflərlə aparılan müzakirələrdən sonra UEFA FİFA-nın bu sxeminə qarşı əhəmiyyətli və getdikcə artan bir müqavimətin olduğunu anlayır. FİFA özünü və dostlarını zənginləşdirmək üçün idmanımızdan istifadə etməyə davam edə bilməz. Biz oyunu doğru şəkildə inkişaf etdirə bilərik. Assosiasiyalara, klublara, liqalara, oyunçulara və azarkeşlərə üstünlük verməyin vaxtı çatıb".
İnfantino şəxsən ona 10 milyonlarla funt-sterlinq qazandıra biləcək satış planı hazırlayır və danışıqlar ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə aparılıb. Bir sıra futbol təşkilatları və idman xadimləri bu qərarı kəskin şəkildə qınayıblar.













