"Sabah" Aaron Maluda ilə yollarını ayırıb. 20 yaşlı futbolçu İsveçrənin "Bazel" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maluda ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışırdı.

O, ötən mövsüm ümumilikdə 31 oyunda meydana çıxıb və 9 qola imza atıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest