30 İyul 2026, 12:32
FUTBOL
İngiltərəli mütəxəssis Eddi Hau yaxın vaxtlarda "Nyukasl"ın baş məşqçisi vəzifəsindən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrisio Romano məlumat yayıb.
Belə bir qərarın səbəbləri barədə məlumat verilmir. 48 yaşlı Hau son 5 ildə çalışdığı postunu tərk etmək və işində fasilə vermək qərarı barədə "Nyukasl" rəhbərliyini məlumatlandırıb.
Hau "Bornmut" və "Bernli" klublarını da çalışdırıb. Eddinin rəhbərliyi altında "Nyukasl" 2024/2025 mövsümündə İngiltərə Liqa kubokunu qazanıb. Ötən mövsümü "sağsağanlar" Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə başa vurublar.












