Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Ayub Buaddi "Mançester Siti"yə keçməyə yaxındır.

Matc.az xəbər verir ki, jurnalist Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, 18 yaşlı mərakeşli artıq "şəhərlilər"lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Buaddi İngiltərə nəhəngi ilə 2031-ci ilə qədər müqavilə imzalayacaq.

Onun Liqa 1 klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir. "Transfermarkt" portalı Mərakeş millisinin oyunçusunun dəyərini 80 milyon avro qiymətləndirir.

Buaddi 2023-cü ilin yayından "Lill"in əsas heyətində çıxış edir. O vaxtdan bəri 96 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest