İtaliyanın "Leççe" klubunun və Zambiya millisinin hücumçusu Lamek Banda iki həftədir klubu ilə əlaqəyə çıxmır.
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, oyunçunun klubla müqavilə müddəti bitdikdən sonra "Leççe" sözləşməni 2027-ci ilə qədər uzatmaq barədə bəndi aktivləşdirib. Banda Səudiyyə Ərəbistanının "Əl-Fateh" klubu ilə danışıqlar aparıb və agentlərinə pasport məsələlərini həll etməli olduğunu bildirib.
İyulun 23-də Bandanın Zambiyanın paytaxtı Lusaka şəhərinin hava limanında fotosu yayılıb. Bundan sonra isə oyunçunun harada olması barədə heç bir məlumat yoxdur.
Bandanın 25 yaşı var, o, 2022-ci ildən "Leççe"də çıxış edir. 2019-cu ildən 2022-ci ilə qədər isə Tulanın "Arsenal" klubunun oyunçusu olub.












