İngiltərənin "Mançester Yunayted" klubunun "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhenı transfer etmək üçün səylərini yüksəldib.

Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" idman nəşri məlumat yayıb.

Osimhenın Premyer Liqada oynamaq istəyi vurğulansa da, "Mançester Yunayted"in bu keçiddə işinin asan olmayacağı qeyd edilir.

"Mançester Yunayted"in baş məşqçisi Maykl Karrikin "iddialı layihəsi" çərçivəsində klubun transfer işlərini sürətləndirdiyini bildirilir.

"Mançester Yunayted" hücum xəttinə mövsüm ərzində 30 qola töhfə verə biləcək dünya səviyyəli bir oyunçu axtarır və Viktor Osimhen bu rol üçün ən ideal namizəd kimi önə çıxır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest