30 İyul 2026, 14:05
FUTBOL
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun Türkiyə klublarına transferi reallaşmayıb.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun Türkiyə klublarına transferi reallaşmayıb.
Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin gəldiyini, lakin danışıqların müsbət nəticələnmədiyini vurğulayıb.
Onun sözlərinə görə, "Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmayıb".
Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib.












