30 İyul 2026, 14:19
FUTBOL
Qarşılaşmanı "YouTube" platforması üzərində klubun rəsmi "YouTube" kanalı olan "Neftçi TV" vasitəsilə izləmək mümkün olacaq.
UEFA Konfrans Liqasında keçiriləcək "Dinamo" (Minsk) - "Neftçi" matçının yayım proqramı müəyyənləşib.
Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşmanı "YouTube" platforması üzərində klubun rəsmi "YouTube" kanalı olan "Neftçi TV" vasitəsilə izləmək mümkün olacaq. Azarkeşlər aşağıdakı linkə keçid etməklə oyunu canlı izləyə bilərlər:
https://www.youtube.com/live/fPHqGnvEDmA?is=RaAavhdOk9ku20ND
"Beroe" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq oyun həmçinin yerüstü, peyk və kabel televiziyası vasitəsilə "İctimai TV" telekanalında canlı yayımlanacaq.












