"Nyukasl" Eddi Haunun gedişindən sonra yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, komandaya hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çalışan 38 yaşlı almaniyalı mütəxəssis Mattias Yayssle rəhbərlik edəcək.

Mattias Yayssle Britaniya klubu üçün əsas namizəddir. Tərəflər arasında danışıqlar irəliləmiş mərhələdədir və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.

48 yaşlı Hau son 5 ildə çalışdığı postunu tərk etmək və işində fasilə vermək qərarı barədə "Nyukasl" rəhbərliyini məlumatlandırıb. Eddinin rəhbərliyi altında "Nyukasl" 2024/2025 mövsümündə İngiltərə Liqa kubokunu qazanıb. Ötən mövsümü komanda Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest