Londonun "Çelsi" klubu "Kristal Pelas"ın mərkəz müdafiəçisi Maksans Lakruanın transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə "mavilər"in rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, "aristokratlar" 26 yaşlı futbolçu ilə 2032-ci il iyunun 30-dək uzunmüddətli müqavilə imzalayıblar.
Lakrua keçidlə bağlı təəssüratlarını klubun mətbuat xidmətinə bölüşüb: "Bu möhtəşəm klubun bir hissəsi olduğum üçün çox şadam. Hər kəs "Çelsi" əfsanəsini, onun qələbə ənənəsini bilir və bunun bir parçası olmaq qürur mənbəyidir".
Fransa millisinin üzvü 2024-cü ilin yayından Almaniyanın "Volfsburq" klubundan keçdiyi "Kristal Pelas"da çıxış edirdi. O, bu müddət ərzində komandanın heyətində 98 matçda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.













