UEFA FIFA prezidenti seçkilərində Canni İnfantinonun rəqibinin kim olacağını müzakirə edir.
Matc.az xəbər verir ki, jurnalist Ben Ceykobs məlumat yayıb.
Bildirilir ki, namizədlər arasında Avropa Futbol Assosiasiyaları İttifaqının üzvləri tərəfindən dəstəklənən Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi fərqlənir.
Bununla belə, qətərli iş adamı özü namizədliyini irəli sürmək niyyətində deyil. Onun namizədliyini irəli sürməsi üçün bir neçə futbol assosiasiyası tərəfindən təzyiqlər edilir, lakin indiyədək Əl-Xəlaifi öz qərarını dəyişməyib.
Xatırladaq ki, FIFA 20 milyard dollar kapitalla "FIFA Forward Enterprise (FFE)" adlı şirkət yaratmağı planlaşdırır. Həmin şirkət, özəl investorların iştirakı ilə dünya çempionatlarının kommersiya hüquqları ilə məşğul olmalıdır. İnvestorlardan biri isə Amerika prezidenti Donald Trampın kürəkəninin qardaşı, "Thrive Eternal"ın sahibi Coşua Kuşner ola bilər.
Bu qərar UEFA tərəfindən kəskin tənqidlə qarşılanıb. Avropa Futbol Assosiasiyaları İttifaqı belə bir addımın idman prinsiplərinin "sərhədini aşacağını" qeyd edib.
Sonradan məlum olub ki, UEFA-ya üzv olan Avropa ölkələri, əgər FIFA "FIFA Forward Enterprise"ın yaradılması təşəbbüsü ilə çıxış edərsə, növbəti dünya çempionatını boykot edə bilərlər.













