02 Avqust 2026, 21:25
FUTBOL
"Yuventus" fransalı hücumçu Randal Kolo Muaninin transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Söhbət hücumçunun Fransanın PSJ klubundan tam hüquqlu transferindən gedir. Muaninin Turin klubu ilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzaladığını bildirilir.
Kolo Muani "qoca sinyora"nın heyətində 9-cu nömrəli formada çıxış edəcək. O, artıq 2025-ci ildə icarə əsasında Turin təmsilçisində çıxış edib.
27 yaşlı hücumçu "Yuventus" formasında rəsmi olaraq 22 oyuna çıxıb, 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ötən mövsümdə Kolo Muani ümumilikdə 41 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.













