02 Avqust 2026, 22:31
FUTBOL
"Çelsi" Argentina millisinin yarımmüdafiəçisi Valentin Barkonun "Strasburq"dan transfer olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçu London klubu ilə 2033-cü ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Oyunçu "mavilər"in düşərgəsinə bir qədər sonra qoşulacaq və komandanın mövsümöncəsi hazırlığında iştirak edəcək.
Barko əvvəllər də İngiltərədə "Brayton" klubunun heyətində çıxış edib və 2025-ci ilin yayında məhz oradan "Strasburq"a keçib.
Ötən mövsümdə o, bütün turnirlərdə 43 oyuna çıxıb, 3 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Barkonun transfer dəyərini 40 milyon avro qiymətləndirir.













