"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real"ın vingerinin öz klubuna transferinin rəsmiləşdirilməsi ilə şəxsən məşğul olur.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Bildirilir ki, London klubunun çalışdırıcısı braziliyalı hücumçu ilə şəxsən danışıqlar apararaq, bu oyunçunun klubun planlarında nə dərəcədə vacib rol oynadığını vurğulayıb.

Arteta Vinisiusa onun London klubuna keçəcəyi təqdirdə bunun "Arsenal"ın bütün kubokları qazanmağa çalışan Avropanın aparıcı komandası statusunu daha da möhkəmləndirməsinə əhəmiyyətli dərəcədə kömək edəcəyini bildirib.

Bununla belə, Vinisius gələcəyi ilə bağlı qərarı Madridə gəldikdən sonra verəcək və burada bütün vəziyyəti Madrid klubunun rəhbərliyi ilə müzakirə edəcək. Çünki London klubuna keçiddən fərqli olaraq, Vinisiusun "Real"da eyni dərəcədə nəzərəçarpan rol oynamağa davam edib-etməyəcəyi hələ məlum deyil.

"Arsenal"ın Vinisiusa olan marağı hələ ötən ayın sonunda məlum olmuşdu. Madrid təmsilçisi braziliyalıya yeni müqavilə təklif edib, lakin imtina ediləcəyi təqdirdə klub oyunçu ilə yolları ayırmağa hazırdır.

Qeyd edək ki, 2025/2026 mövsümündə Vinisius "Real" forması ilə 53 matçda meydana çıxıb, 22 qol vurub və 14 məhsuldar ötürmə edib. Hücumçu Madrid kollektivinə 2018-ci ilin iyulunda, komandaya hələ Xulen Lopeteqi rəhbərlik etdiyi vaxtda qoşulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest