İngiltərənin "Nyukasl" klubu Portuqaliyanın "Braqa" komandasından çexiyalı qapıçı Lukaş Qorniçekin transferini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunçu klubla 5 illik müqavilə imzalayıb və bu sözləşmə 30 iyun 2031-ci ilə qədər qüvvədə olacaq. Rəsmi bəyanatda keçidin maliyyə detalları açıqlanmasa da, "sağsağanlar"ın oyunçunun 25 milyon avro təşkil edən sərbəstqalma məbləğini aktivləşdirdiyi bildirilir.
Qeyd edək ki, Qorniçek Çexiyanın "Pardubitse" klubunun yetirməsidir və Portuqaliya təmsilçisinə 2019-cu ilin iyulunda qoşulub. Bu müddət ərzində o, komandanın heyətində 88 matç keçirib, 78 qol buraxıb və 37 dəfə qapısını toxunulmaz saxlayıb.
2025/2026 mövsümündə qapıçı klub səviyyəsində 55 oyuna çıxıb, rəqiblər onun qapısına 78 dəfə yol tapıb, 24 qarşılaşmada isə qapısını "qıfıllaya" bilib.
24 yaşlı qapıçı Çexiya millisi ilə 1 oyuna çıxıb. O, həmçinin yığma ilə birlikdə 2026-cı il dünya çempionatına da yollanıb, lakin orada qrup mərhələsinin hər üç görüşünü ehtiyat oyunçular skamyasında keçirib.













