"Sabah" Danimarkanın "Orhus" klubunu mübarizən kənarlaşdıra bilməsə, UEFA Çempionlar Liqasındakı çıxışını başa vuracaq və mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

"Sabah" Danimarkanın "Orhus" klubunu mübarizən kənarlaşdıra bilməsə, UEFA Çempionlar Liqasındakı çıxışını başa vuracaq və mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Matc.az xəbər verir ki, qitə futbol qurumunun qaydalarına əsasən, turnirin III təsnifat mərhələsində məğlub olan tərəf avtomatik olaraq digər nüfuzlu klub turnirinin son raunduna vəsiqə qazanır.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Danimarka səddini keçə bilməsə, Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) – "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Təmsilçimiz pley-off mərhələsində də uğursuzluqla üzləşərsə, bu dəfə birbaşa UEFA Konfrans Liqasının əsas mərhələsinə (qrupuna) düşəcək.

Beləliklə, "Sabah" "Orhus"a məğlub olsa belə, avrokuboklarda ən azı UEFA Konfrans Liqasının əsas mərhələsində oynamağı indidən təmin edib.

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest