FİFA prezidenti Canni İnfantino postunu qoruyub saxlamaq üçün ABŞ Prezidenti Donald Trampın administrasiyasından kömək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "New York Post" onlayn nəşri məlumat yayıb.
Bildirilir ki, İnfantino ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşmək və "futbolun Amerikanın yumşaq gücünün bir hissəsi ola biləcəyi" barədə danışmaq niyyətindədir.
FİFA təşkilatın gəlirlərini artırmaq məqsədilə dünya çempionatları və digər yarışların kommersiya hüquqlarını idarə etmək üçün "FIFA Forward Enterprises" törəmə strukturunun yaradıldığını elan etmişdi. Bu təşəbbüs UEFA, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Ölkələrinin Futbol Konfederasiyası (KONKAKAF) və Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən kəskin narazılıqla qarşılanıb.
Xatırladaq ki, İnfantino 2016-cı ilin fevralından FİFA-nın prezidenti vəzifəsini tutur. O, buna qədər UEFA-da çalışıb.













