12 İyul 2019, 00:15
AVROPA LİQASI
"Kimsə asan qələbə qazandığımızı düşünə bilər, amma belə olmadı. Meydanın vəziyyəti də yaxşı deyildi. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu"
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Speranta" klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri səfər oyunundan sonra təşkil olunan mətbuat konfransında həm nəticədən, həm də futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib:
"Əlbəttə, nəticədən çox razıyam. Bundan da çox futbolçuların oyuna yanaşmasından razı qalıdm. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər və sonadək bunu göstərdilər. Mənim üçün əsas budu. Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda bir həftə var. Bu müddət ərzində cavab oyununa yaxşı hazırlaşmalıyıq".
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Futbolçularımın xarakteristikasına əsasən hücum futbolu oynatmağa çalışdım. Mənə elə gəlir ki, onlar hər şeyi düzgün yerinə yetirdilər.
Rəhman yaxşı futbolçudu, amma oyuna qoşulan digər futbolçuları – Namiqi və İsmayılı da qeyd etmək lazımdı. Start heyətində meydana çıxanlar da yaxşı oynadılar. Bizdə yaxşı futbolçu çoxdu, rəqabət güclüdü.
Nəticə önəmlidi, amma mənim üçün böyükhesablı qələbədən də vacib olan futbolçuların oyuna yanaşmasıdı ki, buna görə çox şadam. Fiziki formada yaxşı olan belə bir rəqibə qarşı düzgün oynamaq daha önəmli idi.
İsmayıl Zülfüqarlı çox yaxşı gənc futbolçudu. Bizdə başqa belə oyunçular da var. Hamısı bizim üçün önəmlidi. Bəli, hesabda 3:0 irəlidə olduğumuz üçün İsmayıla Avropa Liqaısnda debüt etmək imkanı verdim".