"Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdü. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündülər. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq".

"Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi, mən də üzülürəm. çünki evdə 3 top buraxmaq bizi məyus edir". Matc.az saytının məlumatına görə, bunu "Səbail"in hücumçusu Ağabala Ramazanov evdə Rumıniya "Universitatya"sına 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşmada dubla imza atan futbolçu səfər oyununun daha ağır keçəcəyini bildirib: "Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdü. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündülər. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq. Ən azı, yaxşı mübarizə apararaq, nəticə qazanmağa çalışacağıq".

Ramazanov komanda yoldaşlarının istəksiz çıxış etmələri fikrinə belə reaksiya verib: "Bu, məşqçiyə aiddi. Mənim xarakterimi bilirsiniz. çalışıram ki, hər qarşılaşmada mübarizə aparım".

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest