"Zenit" klubu müdafiəçisi Strahinya Erakoviçin Türkiyənin "Samsunspor" komandasına icarəyə verildiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Rusiya təmsilçisinin teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, serbiyalı müdafiəçi 2026/2027 mövsümünün sonuna qədər icarə əsasında qardaş ölkə klubunun formasını geyinəcək.
Serbiyalı müdafiəçi 2023-cü ilin yayından "Zenit"in uğurları üçün çalışır. Ötən müddət ərzində Erakoviç bütün turnirlərdə ümumilikdə 85 matçda iştirak edib və bu oyunlarda 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu 2026-cı ilin fevralından sentyabrına qədər Serbiyanın "Sırvena Zvezda" klubunda icarə əsasında çıxış edib.
Erakoviçin Sankt-Peterburq təmsilçisi ilə hazırkı müqavilə müddəti 2027-ci il her ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun hazırkı dəyəri 7 milyon avro təşkil edir.

_1788614444.jpg)
_1788611807.jpg)










