Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Səbail"in cavab oyununu idarə edəcək hakimlərin adları müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA hər iki qarşılaşmanın referilərini açıqlayıb.
"Neftçi"nin 8-ci km qəsəbə stadionunda "Sperantsa" ilə oyununda Avstriyadan olan hakimlər briqadası ədaləti qoruyacaq.
"Səbail"in "Universitatya Krayova" ilə səfər oyununda isə islandiyalı hakimlər iş başında olacaq.
18 iyul
20:00. "Universitatya Krayova" (Rumıniya) - "Səbail" (Azərbaycan)
Hakimlər: Helgi Mikael Yonasson, Yohann Qudmundsson, Bringeir Valdimarsson, İvar Orri Kristyansson (hamısı İslandiya)
21:00. "Neftçi" (Azərbaycan) - "Sperantsa" (Moldova)
Hakimlər: Yulian Veinberger, Maksimilian Kolbitş, Mikael Nemets, Andreas Heyss (hamısı Avstriya)
Qeyd edək ki, ilk oyunlarda "Neftçi" səfərdə 3:0 hesablı qələbə qazanıb, "Səbail" isə evdə 2:3 hesabı ilə uduzub.