"Bakıya futbol oynamağa gəlmişik. Əsas odu ki, özümüzə inanaq. Çalışacağıq ki, sabah hər şey yaxşı olsun". Bunu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyunu öncəsi "Sperantsa"nın baş məşqçisi Kristian Efros deyib.

"Bakıya futbol oynamağa gəlmişik. Əsas odu ki, özümüzə inanaq. çalışacağıq ki, sabah hər şey yaxşı olsun". Matc.az saytının məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyunu öncəsi "Sperantsa"nın baş məşqçisi Kristian Efros deyib.
 
27 yaşlı mütəxəssis matçın keçiriləcəyi "Bakcell Arena"da bu gün təşkil edilən mətbuat konfransında əsasən ilk oyuna toxunub: "Məncə, Moldovada nəticə 0:0 olmalı idi. Hətta bəzi anlarda bizim hücumlarımız daha kəsərli idi. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim. Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Yəni fikrimi dəyişməmişəm. Ola bilsin ki, bir qədər emosiyalarıma qapılmışam. Siz də bizim yerimizdə olsaydınız, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı görərdiniz".
 
Gənc çalışdırıcı paytaxtımızın onda müsbət təəssürat oyatdığını vurğulayıb: "Bakı çox gözəl şəhərdi. ümumiyyətlə, Azərbaycan gözəl ölkədi. Heç bir narazılığımız yoxdu. Hər şey ürəyimizcədi. Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda oyunun keçiriləcəyi stadionla bağlı da bir iradımız yoxdu".
 
Efros Moldovadakı qarşılaşmadan öncə meydanın sulanmamasına da aydınlıq gətirib. O, bunu öz oyunları ilə əlaqələndirib: "Biz axmaq deyilik ki, meydanı sulayaq. Bunu "Neftçi"yə qarşı yox, özümüz üçün etmişdik. Sulu meydanda oynamağa öyrəşməmişik. Bu amili "Neftçi"yə qarşı təxribat kimi qələmə verməyin. Burda isə hər şey "Neftçi"dən asılıdı. Onlara lazım olsa, meydanı sulaya bilərlər. İstənilən şəraitdə oynamağa hazırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest