İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi vəzifəsi üçün fransalı mütəxəssis Didye Deşamın namizədliyini nəzərdən keçirir. Matc.az xəbər verir ki, bu barədə jurnalist Santi Aouna “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Aounanın yazdığına görə, klub Deşamla artıq əlaqə saxlayıb. Lakin mütəxəssis qərar verməkdə tələsmir və digər təklifləri də nəzərdən keçirmək niyyətindədir.

58 yaşlı Deşam son dövrdə Fransa millisinə rəhbərlik edib. O, 2026-cı il Dünya Çempionatından sonra bu vəzifəni tərk edib.

“Mançester Yunayted” isə hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində çətin vəziyyətdədir. Klub 9 oyunda cəmi 7 xal toplayaraq 17-ci pillədə qərarlaşıb. Cədvəlin zirvəsində isə 24 xalı olan “Arsenal” yer alır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest