Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib. Matc.az  xəbər verir ki, 1/32 finalın cavab matçında Danimarkanın “Holte IF” kollektivini qəbul edən Azərbaycan təmsilçisi 3:0 (26:24, 25:21, 25:14) hesablı qələbə qazanaraq adını növbəti raunda yazdırıb.
 
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında gerçəkləşib.
 
Xatırladaq ki, komandalar arasında ilk matçda “DH Volley” rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti mərhələdə Polşanın LKS klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest