“Mançester Yunayted”in keçmiş futbolçusu Andrey Kançelskis Kriştiano Ronaldonun Portuqaliya millisindən ayrılması barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Kançelskis Ronaldonun yığmadakı uğuruna toxunub.

“Bir nöqtədə beynəlxalq karyerasını başa vurmalı idi. Ronaldo 50 yaşına qədər oynaya bilməz, hərçənd istisnalar da olub. O, milli komandada möhtəşəm bir yol keçdi və onun dövründə Portuqaliya futbolunun səviyyəsi yüksəldi. Göstərdiyi oyuna görə Kriştianoya böyük təşəkkürlər, onu izləmək əsl zövq idi” – deyə, keçmiş futbolçu vurğulayıb.

Kançelskis həmçinin Ronaldo üçün vida matçının təşkil olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, bu oyuna çoxlu ulduz futbolçu toplaşacaq: “Biz Ronaldonun milli komanda üçün keçirəcəyi vida oyununu səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü il avqustun 20-də Qazaxıstana qarşı yoldaşlıq görüşündə (1:0) edib. Hücumçu ümumilikdə ölkəsi üçün 234 matçda meydana çıxıb, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest